Tacədin

Tacədin – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunun, hazırkı Sünik vilayətinin ərazisində mövcud olmuş kənd. Qafan şəhərindən 4 km şimal-şərqdə, Baydaq çayının sol sahilində yerləşirdi.

Kənddə 1897-ci ildə 58 nəfər, 1926-cı ildə 25 nəfər, 1931-ci ildə 32 nəfər azərbaycanlı yaşamışdır. Kənd 1930-cu illərin ortasında ləğv edilmişdir. Hazırda xarabalıqdır.

Toponim şəxs adı əsasında düzəlmişdir.