Təzə Abdallar – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Ellər (Abovyan) rayonunun, hazırkı Kotayk vilayətinin ərazisində mövcud olmuş kənd. “İrəvan əyalətinin icmal dəftəri”ndə “Tezxarab” kimi rast gəlirik.
Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi tədricən kəndi tərk etmişdir. Kənd 1929-cu ildə ləğv edilmişdir.
Toponim qədim türk abdal etnoniminə “-lar” şəkilçisinin artırılmasından əmələ gələn etnonim əsasında formalaşmışdır. Toponim əvvəlindəki “təzə” sözü fərqləndirici əlamət bildirir.