Təkədonduran

Təkədonduran – keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Keşişkənd (Yeğeqnadzor) rayonunda, hazırda isə Vayotsdzor vilayəti ərazisində dağ.

Toponim “dağ keçisi, erkək keçi” mənasında işlənən “təkə” sözü ilə “donduran” feili sifətinin birləşməsindən əmələ gəlmişdir.