Tərnəvut

Tərnəvut – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasının, sonralar keçmiş Mehri (Meğri) rayonunun, hazırkı Sünik vilayətinin ərazisində yaylaq. Nüvədi (Nrnadzor) kəndinin ərazisində yerləşir.

Toponim xəzər tayfalarından olan “tarna” (tərnə) etnoniminə qədim türk dilində cəmlik, topluluq bildirən “-ğut”, “-ut” şəkilçisinin dialekt variantı olan “-vut” şəkilçisinin artırılması ilə əmələ gəlmişdir.