Təpədibi

Təpədibi – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Qurduqulu (Hoktemberyan) rayonunda, hazırda isə Armavir vilayəti ərazisində dağ. Təpədibi (Haykavan) kəndinin ərazisində yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Toponim Azərbaycan dilində “dağ” mənasında işlənən “təpə” sözü ilə “dağın ətəyi” mənasında işlənən “dib” sözündən əmələ gəlmişdir.