Suvaranats

Suvaranats – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Gorus rayonunda, hazırda isə Sünik vilayətində kənd. Gorus şəhərindən 35 km məsafədə yerləşir. Kəndin adı Azərbaycan mənbələrində “Suvarı” formasında qeyd edilir. 1921-ci il avqustun 31-də Sovet Ermənistanında Zəngəzur qəzasının yaradılmasından sonra yaşayış məntəqəsi Ermənistanın inzibati ərazisinə daxil edilmişdir.

Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi tədricən kəndi tərk etmişdir.

Toponim “suvar” türk etnonimi əsasında əmələ gəlmişdir. Toponimin sonundakı “-ants” erməni dilində mənsubluq anlayaşını ifadə edir və Azərbaycan dilində mənsubluq bildirən “-lı” şəkilçisinin vəzifəsini yerinə yetirir. Deməli, Suvarants “suvar tayfasına mənsub olan yer” anlamını verir. Hazırda erməni dillində rəsmi sənədlərdə yaşayış məntəqəsinin adı “Svarants” kimi yazılır.

“Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 39°21′ şm. e., 46°12′ ş. u.