Sultanabad – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasının, keçmiş Talin (Talın) rayonunun, hazırkı Ararat vilayətinin ərazisində mövcud olmuş kənd. Alagöz dağının cənub-qərbində yerləşirdi. Kəndin digər adı “Məhəmmədabad” olmuşdur.
Kənddə 1873-cü ildə 49 nəfər, 1897-ci ildə 22 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1905–1906-cı illərdə erməni silahlı dəstələrinin törətdikləri qırğınlar nəticəsində kənd xaraba qalmışdır.
Toponim Sultan şəxs adı ilə “abad” sözünün birləşməsindən əmələ gəlib “Sultanın tikdiyi, abad etdiyi kənd” mənasını ifadə edir.