Soylan körpüsü

Dərələyəz mahalının Paşalı rayonunun Soylan kəndindən (dəyişdirilmiş adları ilə: Əzizbəyov/Vayk rayonunun Vayk kəndi) təxminən 1 kilometr aralıda Arpaçay üzərində inşa edilmiş Soylan körpüsünün uzunluğu 30 metrə çatan sağ tərəfi Arpaçay sahilindən 32 metr yüksəklikdə olan sıldırım qayanın üzərində, sol tərəfi isə çayın sol sahilində yerləşən çay səviyyəsindən təxminən 12 metr hündürlükdəki sıldırım qayanın üzərində 13,5 x 4,5 metr ölçüdəki daş hörgünün üzərində salınmışdır.

Körpünün XVII əsrdə çay sahillərini keçmək məqsədilə azərbaycanlılar tərəfindən inşa edildiyi güman edilir. Abidənin sağ tərəfindəki orta sütunun təxminən 8-9 metrliyində ərəb əlifbası ilə yazılmış kitabə mövcud olmuşdur.

Mənbə:
Ələkbərli Ə., Qərbi Azərbaycan abidələri (Bakı: “Nurlan” nəşriyyatı, 2007)
Ələkbərli Ə., Qədim Türk-Oğuz yurdu – “Ermənistan” (Bakı: “Sabah” nəşriyyatı, 1994)
Bayramov İ., Qərbi Azərbaycan: Tarixi həqiqətlər və ya Ermənistanın etnik təmizləmə siyasəti (Bakı, 2011)