Şotulkənd

Şotulkənd – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Qəmərli (Artaşat) rayonunun, hazırkı Ararat vilayətinin ərazisində mövcud olmuş kənd.

Kənddə 1897-ci ildə 148 nəfər, 1904-cü ildə 353 nəfər, 1914-cü ildə 388 nəfər, 1916-cı ildə 127 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna məruz qalmış və kənddən didərgin salınmışlar. Bundan sonra kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.

Toponim təklə türk tayfasından olan “şatul” (şotul) etnoniminə “yaşayış məntəqəsi”, “şəhər” mənasında işlənən “kənd” sözünün qoşulması əsasında əmələ gəlmişdir.