Şotanlı – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunun, hazırkı Sünik vilayətinin ərazisində mövcud olmuş kənd. Oxçuçayın sağ sahilində yerləşmişdir.
Kənddə 1897-ci ildə 30 nəfər, 1922-ci ildə 25 nəfər, 1926-cı ildə 19 nəfər azərbaycanlı yaşamışdır. Kənd 1930-cu illərdə ləğv edilmişdir. Hazırda xarabalıqdır.
Toponim “hunların varisi şato” etnoniminə mənsubluq bildirən “-lı” şəkilçisinin qoşulması ilə düzəlib “şato tayfasına mənsub kənd” mənasını ifadə edir.