Şotalı

Şotalı – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunda, hazırda isə Sünik vilayəti ərazisində çay. Kurud kəndinin içərisindən keçir.

Hidronim qədim türkmənşəli hunların varisi olan “şato” etnonimi əsasında əmələ gəlmişdir.