Şorca

Şorca – keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Keşişkənd (Yeğeqnadzor) rayonunun, hazırkı Vayotsdzor vilayətinin ərazisində mövcud olmuş kənd. Amağu, Arpa, Ertiş kəndlərinin yaxınlığında, Arpa çayının kənarında yerləşirdi. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kənddə 1873-cü ildə 31 nəfər, 1886-cı ildə 56 nəfər, 1897-ci ildə 73 nəfər, 1904-cü ildə 76 nəfər, 1914-cü ildə 83 nəfər, 1916-cı ildə 116 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumunda məruz qalmış və kütləvi qırğınlara məruz qoyulmaqla kənddən didərgin salınmışlar. Bundan sonra kənd ləğv edilmişdir. Hazırda xaraba kənddir.

Toponim Azəbaycan dilində “duzlu, şoranlıq yer” mənasında işlənən “şor” sözünə “-ca” şəkilçisinin artırılmasından düzəlmişdir.