Şoran

Şoran – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Qəmərli (Artaşat) rayonunun, hazırkı Ararat vilayətinin ərazisində mövcud olmuş kənd.

Kənddə 1897-ci ildə 148 nəfər, 1904-cü ildə 80 nəfər, 1914-cü ildə 185 nəfər, 1916-cı ildə isə 144 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ilin yazında azərbaycanlılar erməni silahlı birləşmələrinin soyqırımına məruz qalaraq tarixi-etnik torpaqlarından didərgin salınmış və kənddə kürdlər yerləşdirilmişdir. Kənd sonralar ləğv edilmişdir.

Toponim “şor sahə, əkinə yararsız yer” mənasında işlənən “şoran” sözü əsasında formalaşmışdır.