Şıxovuz

Şıxovuz – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunda, hazırda isə Sünik vilayəti ərazisində çay. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Hidronim “şıx” (şeyx) sözü ilə “oğuz” etnoniminin fonetik variantı olan “ovuz” etnonimi əsasında əmələ gəlmişdir.