Şişdağ – keçmiş İrəvan quberniyasının Areksandropol qəzasında, sonralar keçmiş Amasiya (Ağbaba) rayonunda, hazırda isə Şirak vilayəti ərazisində dağ. Çaxmaq (Kamxut) kəndinin cənub-qərbində yerləşir.
Toponim “dağın, təpənin zirvəsi” mənasında işlənən “şiş” sözü ilə “dağ” sözünün birləşməsindən əmələ gəlmişdir.