Şırşır – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasının, sonralar keçmiş Mehri (Meğri) rayonunun, hazırkı Sünik vilayətinin ərazisində mövcud olmuş qışlaq.
1926-cı ildə burada 2 nəfər azərbaycanlı yaşamışdır. 1930-cu ildə ləğv edilmişdir.
Toponim “şəlalə” mənasında işlənən “şırşır” sözü əsasında formalaşmışdır.