Şırran

Şırran – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Qəmərli (Artaşat) rayonunun, hazırkı Geğarkunik vilayətinin ərazisində mövcud olmuş kənd.

Kənddə 1897-ci ildə 148 nəfər, 1914-cü ildə 185 nəfər, 1916-cı ildə isə 144 nəfər azərbaycanlı yaşamışdır. 1919-cu ilin yazında azərbaycanlılar erməni silahlı birləşmələri təcavüzünə məruz qalaraq tarixi-etnik torpaqlarından didərgin salınmış və sonra kənddə kürdlər yerləşdirilmişlər. Hazırda xaraba kənddir.

Toponim Azərbaycan dilində “kiçik şəlalə”, “fantan”, “bulaq” mənasında işlənən “şırran” sözü əsasında formalaşmışdır.