Sirkətas

Sirkətas – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunda, hazırda isə Sünik vilayətində kənd. Vilayət mərkəzi Qafan şəhərindən 9 km şimal-şərqdə, dəniz səviyyəsindən 1050 m hündürlükdə yerləşir.

Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra azərbaycanlı əhali tədricən kəndi tərk etmişdir. 1921-ci il avqustun 31-də Sovet Ermənistanında Zəngəzur qəzasının yaradılmasından sonra yaşayış məntəqəsi Ermənistanın inzibati ərazisinə daxil edilmişdir. Burada ermənilərdən başqa, 1926-cı ildə 6 nəfər azərbaycanlı yaşamışdır. 1929-cu ildə azərbaycanlı əhali kənddən sıxışdırılıb çıxarılmışdır. Hazırda kənddə yalnız ermənilər yaşayırlar.

Toponim türk dilində “dərə”, “təpə”, “yarğan” mənasında işlənən “sir” (← sır) sözü ilə türk dilində “daş, qaya” mənasında işlənən “tas” sözünün birləşməsindən əmələ gəlmişdir.

Kəndin adı 1920-ci ildə dəyişdirilərək “Xdrans” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Sünik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 39°13′ şm. e., 46°31′ ş. u.