Şirək – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Düzkənd (Axuryan) rayonunda, hazırda isə Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 5 km şimal-şərqdə, dəniz səviyyəsindən 1650 m hündürlükdə yerləşir.
Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi tədricən kəndi tərk etmişdir. 1828–1829-cu illərdə Türkiyənin Qars vilayətinin Yeniköy, Zayim Məzrə və Qaraxan kəndlərindən köçürülən ermənilər kənddə yerləşdirilmişlər.
Toponim “siraq” türk etnonimi əsasında formalaşmışdır.
“Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°50′ şm. e., 43°55′ ş. u.