Sınıq

Sınıq – keçmiş Qars vilayətinin Qars qəzasının Ağbaba nahiyəsində, sonralar keçmiş Amasiya (Ağbaba) rayonunda, hazırkı Şirak vilayətinin ərazisində mövcud olmuş kənd. Amasiyadan 12 km şimal-şərqdə, Mögüz çayının sol tərəfındə yerləşmişdir.

Kənddə 1886-cı ildə 130 nəfər 1897-ci ildə 118 nəfər, 1908-ci ildə 164 nəfər 1914-cü ildə 241 nəfər azərbaycanlı yaşamışdır. 1920-ci ilin fevral ayında erməni silahlı dəstələrinin hücumu nəticəsində kənd dağıdılmış, buranın köklü əhalisi olan azərbaycanlılar qaçqın düşmüşlər. 1921-ci il Qars müqaviləsi ilə kənd Ağbaba nahiyəsinin tərkibində Sovet Ermənistanına daxil edilmişdir. Bundan sonra kəndin əhalisi elliklə Türkiyəyə köç etmişdir. Sonradan1922-ci ildə kənddə ermənilər məskunlaşdırılmışdır. 1940-cı ilin əvvəllərində kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.

Toponim “kənd”, “şenlik, yaşayış məntəqəsi” mənasında işlənən “şınıx” sözü əsasında formalaşmışdır.