Şeyx Hacı

Şeyx Hacı – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Talin (Talın) rayonunda, hazırda isə Araqatsotn vilayətində kənd. Vilayət mərkəzi Əştərək (Aştarak) şəhərindən ə46 km şimal-qərbdə, Alagöz dağının qərb ətəyində, dəniz səviyyəsindən 2000 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kənddə 1831-ci ildə 19 nəfər, 1873-cü ildə 233 nəfər, 1886-cı ildə 245 nəfər, 1897-ci ildə 338 nəfər, 1908-ci ildə 337 nəfər, 1914-cü ildə 337 nəfər, 1916-cı ildə 311 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni silahlı birləşmələrinin təcavüzünə məruz qalmış, azərbaycanlılara qarşı qırğınlar törədilmişdir. Kənddə Türkiyədən köçürülüb gətirilən ermənilər məskunlaşdırlımışlar. Hazırda kənddə yalnız ermənilər yaşayırlar.

Toponim Şeyx Hacı şəxs adı əsasında əmələ gəlib “Şeyx Hacıya mənsub kənd” mənasını ifadə edir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 yanvar 1935-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Şğarşik” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Araqatsotn vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°25′ şm. e., 43°58′ ş. u.