Seyidlər

Seyidlər – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Basarkeçər (Vardenis) rayonunun, hazırkı Geğarkunik vilayətinin ərazisində mövcud olmuş kənd. Hüseynquluağalı (sonradan Nərimanlı) kəndinin yaxınlığında yerləşirdi. Kənddə 1926-cı ildə 36 nəfər azərbaycanlı yaşamışdır. 1930-cu illərdə kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.

Toponim ərəblərin Qürreyş qəbiləsindən olan seyidlər tayfa adı əsasında formalaşmışdır.