Şenqovit Bayat – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Zəngibasar (Masis) rayonunun, hazırkı Ararat vilayətinin ərazisində mövcud olmuş kənd.
1828-ci ilə kimi burada yalnız azərbaycanlılar yaşamışdır. 1828-ci il Türkmənçay müqaviləsindən sonra azərbaycanlılar sıxışdırılaraq deportasiya olunmuş və kəndə İrandan köçürülən ermənilər yerləşdirilmişdir. Burada ermənilərlə yanaşı, 1831-ci ildə 75 nəfər, 1897-ci ildə 6 nəfər azərbaycanlı yaşamışdır. XX əsrin əvəllərində onlar erməni daşnaklarının təziqinə məruz qalaraq kənddən çıxarılmışdır. İrəvan şəhərinin genişləndirilməsi ilə əlaqədar 1935-ci ildə İrəvan şəhərinin tabeliyinə verilmişdir. Beləliklə, müstəqil yaşayış məntəqəsi kimi ləğv edilmişdir.
Toponim türk dilində “yaşayış məntəqəsi”, “şenlik” mənasında işlənən “şen” və “suyun əmələ gətirdiyi çökək” mənasında işlənən “qovu” (qobu) sözü ilə bayat türk tayfa adı əsasında əmələ gəlib “bayat tayfasının çökəklikdə olan kəndi, yaşayış yeri” mənasını ifadə etmişdir.