Sarıxanlı – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Vedi (Ararat) rayonunun, hazırkı Ararat vilayətinin ərazisində mövcud olmuş kənd. Böyük Vedi yaşayış məntəqəsindən 14–16 km cənub-qərbdə, Araz çayının kənarında, Vedi çayından axan arxın yaxınlığında, Xalisa kəndinin yaxınlığında yerləşirdi. İrəvan əyalətinin müfəssəl dəftəri”ndə qeydə alınmışdır.
Kənddə 1873-cü ildə 288 nəfər, 1886-cı ildə 338 nəfər, 1897-ci ildə 358 nəfər, 1904-cü ildə 160 nəfər, 1914-cü ildə 176 nəfər, 1916-cı ildə 204 nəfər azərbaycanlı yaşamışdır. 1919-cu ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlarına məruz qalaraq kənddən qovulmuşlar. Bundan sonra kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.
Toponim təklə türk tayfasının bir qolunu təşkil edən “sarıxanlı” etnonimi əsasında əmələ gəlmişdir.