Sarıgah

Sarıgah – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, sonralar keçmiş Karvansara (İcevan) rayonunda, hazırda isə Tavuş vilayətində kənd. Vilayət mərkəzi Karvansara (İcevan) şəhərindən 19 km şimalda, dəniz səviyyəsindən 800 m hündürlükdə yerləşir.

Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi tədricən kəndi tərk etmişdir.

Toponim qədim türk dilində “iri, nəhəng, uca, hündür, yüksək, dik” mənasında işlənən “sarı” sözü ilə “qayalıqda, dağda təbii və ya süni oyuq, mağara” mənasında işlənən “kah // kaha” sözünün birləşməsindən əmələ gəlib “böyük mağara yanında salınan kənd” mənasını ifadə edir. Deməli, toponimin ikinci komponenti “gah”, “kah” sözünün fonetik variantıdır və sözdə “k~g” səs əvəzlənməsi baş vermişdir. Bu hadisə Azərbaycan dili üçün qanunauyğun haldır.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 10 may 1951-cı il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Sarıqyuğ” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Tavuş vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 41°03′ şm. e., 45°08′ ş. u.