Sarıdolama

Sarıdolama – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Vedi (Ararat) rayonunda, hazırda isə Ararat vilayəti ərazisində təpə. Böyük Vedi kəndinin şimalında yerləşir.

Toponim qədim Azərbaycan dilində “böyük, yüksək, uca, hündür” mənasında işlənən “sarı” sözü ilə Azərbaycan dilində “dümdüz olmayan, əyri-üyrü” mənasında işlənən “dolama” sözünün birləşməsindən yaranmışdır.