Sarıcalar

Sarıcalar – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Zəngibasar (Masis) rayonunun, hazırkı Ararat vilayətinin ərazisində mövcud olmuş kənd. Zəngibasar yaşayış məntəqəsindən 8 km cənub-qərbdə, Zəngi çayının yaxınlığında yerləşirdi. Zəngibasar rayonu yaradılanadək Qəmərli (Artaşat) rayonunun tərkibində olmuşdur. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır. Erməni mənbələrində kəndin adı “Saracalar” formasında verilir.

Kənddə 1831-ci ildə 107 nəfər, 1873-cü ildə 354 nəfər, 1886-cı ildə 440 nəfər, 1897-ci ildə 460 nəfər, 1904-cü ildə 638 nəfər, 1914-cü ildə 811 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlara məruz qoyulmaqla kənddən qovulmuşlar. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra sağ qalanlar doğma yurdlarına qayıda bilmişdilər. Burada 1922-ci ildə 207 nəfər, 1926-cı ildə 224 nəfər, 1931-ci ildə 168 nəfər yalnız azərbaycanlı yaşamışdır. SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən kəndin azərbaycanlı əhalisi zorla Azərbaycana deportasiya edildikdən sonra kənd ləğv edilmişdir. Kəndin ərazisi Həbilkəndə (Kalinin adına qəsəbə) birləşdirilmişdir.