Sarıbulaq

Sarıbulaq – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasının, sonralar keçmiş Hamamlı (Spitak) rayonunun, hazırkı Lori vilayətinin ərazisində yaylaq. Qursalı (Arcahovit) kəndinin ərazisində yerləşir.

Hidronim qədim Azərbaycan dilində “təmiz, saf, pak, içməyə yararlı” mənasında işlənən “sarı” sözü ilə “yerin altından sızıb çıxan su mənbəyi” mənasında işlənən “bulaq” sözünün birləşməsindən əmələ gəlmişdir.