Sarayurd

Sarayurd – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasının, sonralar keçmiş Qafan rayonunun, hazırkı Sünik vilayətinin ərazisində qışlaq.

Toponim qədim türk dilində “düzənlik, düz çöl, sahə” mənasında işlənən “sara” və Azərbaycan dilində “yaşayış yeri, məskən” mənasında işlənən “yurd” sözündən əmələ gəlib, “düzənlikdə, çöldə yerləşən yaşayış yeri” mənasını bildirir.