Saratı

Saratı – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, sonralar keçmiş Karvansara (İcevan) rayonunda, hazırda isə Tavuş vilayətində kənd. Vilayət mərkəzi Karvansara (İcevan) şəhərindən 10 km məsafədə, dəniz səviyyəsindən 750 m hündürlükdə yerləşir.

Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi tədricən kəndi tərk etmişdir.

Toponim türk dilində “düz, çöl, yurd” mənasında işlənən “sara” sözünə “-tı” şəkilçisinin birləşməsindən əmələ gəlmişdir.

Kəndin adı dəyişdirilərək əvvəlcə “Xaçdarak”, sonra isə “Xaştarak” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Tavuş vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°56′ şm. e., 45°10′ ş. u.