Sapadərə – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Mehri (Meğri) rayonunda, hazırda isə Sünik vilayəti ərazisində dağ. Nüvədi (Nrnadzor) kəndində yerləşir.
Toponim “sapa” və “dərə” sözlərindən əmələ gəlmişdir. “Sapa” sözü “hasar, çəpər”, “dolama yol” mənasını ifadə edir.