Saleh Məşədi Teymur oğlu Güllicinski 1899-сu ildə İrəvanda, İrəvanın sayılan ailərindən olan Məşədi Teymurla Leyli xanımın ailəsində anadan olmuşdur.
İrəvandakı Puşkin adına şəhər məktəbini bitirmişdir. 1916-cı ildə İrəvan Müəllimlər Seminariyasının məzunu olmuşdur.
Ermənistan Fövqaladə Komisiyasının ilk müstəntiqlərindən olmuşdur.
İrəvanda yaradılmış ilk partiya təşkilatının üzvlərindən biri olan Saleh Güllicinski 1921-ci ilin əvvəllərində Vedi rayon Hərbi İnqilab Komitəsinin ilk sədri vəzifəsinə göndərilir.
1922-ci ildə Vedi rayon icrayyə komitəsinin sədri vəzifəsində çalışmışdır.
1922-ci ilin sonlarında Tiflisə, Zaqafqaziya Universitetinə təhsilini davam etməyə göndərilir.
Saleh Güllicinski 1937-ci ildə Azərbaycan K(b)P MK yanında Kənd Təsərrüfatı Məktəbinin rektoru olmuşdur.
Saleh Güllicinski 1930–1937 ci illərdə Azərbaycan K(b)P MK yanında Partiya məktəbinin rektoru, Gəncədə Kənd Təssərüfatı Məktəbinin rektoru, Qasım İsmayılov rayonu MTS (Maşın Traktor Stansiyasında siyasi şöbə rəisi vəzifələrində çalışmış, 1937-ci ildə Zaqafqaziyada ilk Lenin ordeni ilə təltif olunur. 1938-ci ildə repressiya qurbanı olmuşdur.