Şahnəzər

Şahnəzər – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Vorontsovka (Kalinino) rayonunda, hazırda isə Lori vilayətində kənd. Vilayət mərkəzi Böyük Qarakilsə (Vanadzor) şəhərindən 39 km şimal-qərbdə, dəniz səviyyəsindən 1575 m hündürlükdə yerləşir.

Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi tədricən kəndi tərk etmişlər. Kənddə 1831-ci ildə 6 nəfər, 1897-ci ildə 3 nəfər, 1926-cı ildə 3 nəfər azərbaycanlı yaşamışdır. 1930-cu illərdə azərbaycanlılar kənddən qovulmuşdurlar. Hazırda burada yalnız ermənilər yaşayırlar.

Toponim şəxs adı əsasında əmələ gəlmişdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25 yanvar 1978-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Metsavan” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Lori vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 41°12′ şm. e., 44°13′ ş. u.