Şahmurad

Şahmurad – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasının, sonralar keçmiş Çəmbərək (Krasnoselsk) rayonunun, hazırkı Geğarkunik vilayətinin ərazisində mövcud olmuş qışlaq. Gölkənd (Ayqut) kəndinin yaxınlığında yerləşmişdir.

1926-cı ildə burada 6 nəfər azərbaycanlı yaşamışdır. 1930-cu ildə ləğv edilmişdir.

Toponim şəxs adı əsasında əmələ gəlmişdir.