Şahdağ

Şahdağ – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Çəmbərək (Krasnoselsk) rayonunda, hazırda isə Geğarkunik vilayəti ərazisində dağ. Cil kəndi ilə Azərbaycanın Gədəbəy rayonu arasında yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Toponim titul bildirən “şah” sözü ilə “dağ” sözünün birləşməsindən əmələ gəlmişdir.