Şahdağ

Şahdağ – hazırkı Ermənistan və Azərbaycanın sərhədində, Kiçik Qafqaz silsiləsinin bir hissəsini təşkil edən, uzunluğu 70 km olan dağ silsiləsi. Silsilə Göyçə gölünün şərq hissəsini əhatə edir. Ən hündür zirvəsi hündürlüyü 3367 m olan Böyük Hinaldağ (hazırda “Satanaxaç” adlanır) zirvəsidir. Dağ silsiləsi hazırda “Sevan” adlanır.