“1976-cı ildə Dərələyəz mahalının Qızılgül kəndində anadan olmuşam. 1983-cü ildə həmin kəndin orta məktəbinin 1-ci sinifinə daxil olmuşam. 5-ci sinifə qədər kənddə oxumuşam. 1988-ci ildə artıq qorxumuzdan gecələr belə yata bilmirdik. Ermənilər Ələr kəndinə qədər gəlib çatmışdı. Hamı bizim kəndə gəlib, dağa qalxırdı. Dərələyəzdə erməni kəndləri olmayıb. Qalaçı, Qovuşuq, Ələyəz, Qabaqlı, Gədikvəngi, Gürüdüzü kəndləri ancaq azərbaycanlıların kəndi olmuşdur.”