Şacquran

Şacquran – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasının, sonralar keçmiş Şəmşəddin (Berd) rayonunun, hazırkı Tavuş vilayətinin ərazisində mövcud olmuş qışlaq. 1930-cu illərdə ləğv edilmişdir.

Toponim sacilər sülaləsinin başçısı Yusif ibn Əbu Sac Divdadın adını əks etdirən “sac” sözünün fonetik variantı olan “şac” (Azərbaycan dilində “s~ş” səs əvəzlənməsi qanunauyğun haldır) sözünə monqol dilində “düşərgə, hərbi düşərgə”, “hasar” mənasında işlənən “quran” (əsli “xuren”) sözünün artırılması yolu ilə düzəldilmişdir.