Şabadin Axund Yeri – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunun, hazırkı Sünik vilayətinin ərazisində mövcud olmuş kənd. Oxçu kəndinin yaxınlığında yerləşirdi.
Burada 1897-ci ildə 10 nəfər azərbaycanlı yaşamışdır. 1905–1906-cı illərdə erməni silahlı dəstələrinin törətdikləri qırğınlar nəticəsində kənd xaraba qalmışdır.
Toponim türk dilində “bitkisiz qumlu, daşlı dağ yamacı”, “yastı sıldırım sahili”, “uçurum, sıldırım”, “yamac”, “dərin dağarası çuxurda yüksəklik” mənasında işlənən “çap” (şab) sözü ilə türk dilində “dincəlmək üçün dayanmaq”, “istirahət”, “dincəlmək” mənasında işlənən “din” (dın) sözünün birləşməsindən əmələ gəlmişdir.