Səncərli

Səncərli – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunun, hazırkı Sünik vilayətinin ərazisində mövcud olmuş kənd. Kəndin digər adı “Səncər oğlu”dur. Qafan şəhərindən 35 km şimal-qərbdə yerləşirdi.

1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlarına məruz qoyulmaqla kənddən qovulmuşlar. Yalnız indiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra azərbaycanlılar öz kəndlərinə qayıda bilmişdilər. 1926-cı ildə kənddə 27 nəfər azərbaycanlı yaşamışdır. 1930-cu illərdə azərbaycanlılar köçürülmüş və kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.

Toponim “səncərli” türk etnonimi əsasında əmələ gələn etnotoponimdir.