Şərqi Arpaçay

Arpaçay (Şərqi Arpaçay) – keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Paşalı (Əzizbəyov, Vayk) rayonunda, hazırda isə Vayotsdzor vilayəti ərazisində çay. Başlanğıcını Basarkeçər dağ silsiləsindən götürür. Naxçıvan Muxtar Respublikasının Şərur rayonu ərazisində Araz çayına tökülür. Uzunluğu 126 km, hövzəsinin sahəsi 2630 km²-dir. Hazırda “Arpi” adlanır.