Rəsul Qışlağı

Rəsul Qışlağı – keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Keşişkənd (Yeğeqnadzor) rayonunun, hazırkı Vayotsdzor vilayətinin ərazisində mövcud olmuş kənd. Hors kəndinin yaxınlığında yerləşirdi.

Kənddə 1831-ci ildə 23 nəfər azərbaycanlı yaşamışdır. 1860-cı illərdə azərbaycanlılar erməni silahlılar tərəfindən sıxışdırılaraq qovulduqdan sonra kənd ləğv edilmişdir. Hazırda xaraba kənddir.

Toponim Rəsul şəxs adı ilə “qışlaq” sözündən əmələ gəlmişdir. “Rəsula məxsus qışlaq” mənasını bildirir.