Quzan

Quzan – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasının, sonralar keçmiş Şəmşəddin (Berd) rayonunun, hazırkı Tavuş vilayətinin ərazisində mövcud olmuş qışlaq. 1930-cu ildə ləğv edilmişdir.

Toponimin birinci hissəsi oğuz türk tayfasının adını əks etdirən “quz” etnoniminə cəmlik bildirən “-an” şəkilçisinin qoşulması yolu ilə formalaşmışdır.