Quşçulu

Quşçulu – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunun, hazırkı Sünik vilayətinin ərazisində mövcud olmuş kənd. Qafan şəhərindən 12 km şimal-şərqdə, Oxçuçayın sağ sahilində, Xustup dağının cənub-şərq ətəyində yerləşir.

Kənddə 1831-ci ildə 38 nəfər, 1873-cü ildə 149 nəfər, 1886-cı ildə 221 nəfər, 1897-ci ildə 144 nəfər, 1904-cü ildə 400 nəfər, 1914-cü ildə 93 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlarına məruz qoyulmaqla kənddən qovulmuşlar. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra azərbaycanlılar öz kəndlərinə qayıda bilmişdilər. Burada 1922-ci ildə 109 nəfər, 1926-cı ildə 126 nəfər, 1931-ci ildə 50 nəfər azərbaycanlı yaşamışdır. Kənd 1950-ci ildə kənd ləğv edilmişdir.

Toponim qədim türk tayfası olan “quşçu” etnonimi əsasında əmələ gəlmişdir. “-lu” mənsubluq bildirən şəkilçidir. “Quşçu tayfasına mənsub kənd” deməkdir.