Quşçu

Quşçu – keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Paşalı (Əzizbəyov, Vayk) rayonunda, Vayotsdzor vilayətində kənd. İstisu (Cermuk) şəhərindən 3 km cənubda, Arpaçayın sol sahilində, dəniz səviyyəsindən 1970 m hündürlükdə yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə “Quşçu xarabası” kimi, Qafqazın beşverstlik xəritəsində “Quşi” formasında qeydə alınmışdır.

Kənddə 1897-ci ildə 631 nəfər, 1926-cı ildə 3 nəfər azərbaycanlı yaşamışdır. Azərbaycanlılar kənddən kütləvi surətdə 1905–1906-cı illərdə deportasiya olunmuşlar.

Toponim qədim “quşçu” türk etnonimi əsasında yaranmışdır.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12 noyabr 1946-cı il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Keçud” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Vayotsdzor vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 39°47′ şm. e., 45°39′ ş. u.