Quşçaqaya – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasının, sonralar keçmiş Çəmbərək (Krasnoselsk) rayonunun, hazırkı Geğarkunik vilayətinin ərazisində mövcud olmuş qışlaq. XX əsrin 50-ci illərində ləğv edilmişdir.
Toponim “quşçu” türk etnonimi ilə Azərbaycan dilində “dağ” mənasında işlənən “qaya” sözünün əsasında əmələ gəlmişdir.