Quruboğaz

Quruboğaz – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Abaran rayonunda, hazırda isə Araqatsotn vilayətində kənd. 1972-ci ildən keçmiş Alagöz (Araqats) rayonunun tərkibində olmuşdur. Alagöz (Araqats) yaşayış məntəqəsindən 15 km məsafədə, dəniz səviyyəsindən 2100 m hündürlükdə yerləşir.

1877–1878-ci illər rus-türk müharibəsindən sonra Türkiyədən köçürülüb gətirilən yezidi kürdləri kənddə məskunlaşdılmışdır. Bundan sonra azərbaycanlılar kəndi tədricən tərk etmişlər.

Toponim türk dilində “bitkisiz, çılpaq, yaşıllıqsız”, “quru daşlı düzənlik” mənasında işlənən “quru” sözü ilə Azərbaycan dilində “dərələrin, çayların baş tərəfi, çay ağzı”, “iki dağ arasındakı dar keçid” mənasında işlənən “boğaz” sözünün birləşməsindən əmələ gəlmişdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25 yanvar 1978-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Ortaçya”, Ermənistan parlamentinin 4 iyul 2006-cı il qərarı ilə yenidən dəyişdirilərək “Micnatun” adlandırılmışdır. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Araqatsotn vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°41′ şm. e.. 44°21′ ş. u.