Qurduqulu

Qurduqulu – keçmiş İrəvan quberniyasının Eçmədzin qəzasında, sonralar keçmiş Qurduqulu (Hoktemberyan) rayonunda, hazırda isə Armavir vilayətində kənd. Vilayət mərkəzi Sərdarabad (Armavir) şəhərindən 9 km cənubda, Alagöz dağının ətəyində, rayon mərkəzindən 6-8 km cənubda, dəniz səviyyəsindən 855 m hündürlükdə yerləşir. Əvvəllər Qurduqulu (Hoktemberyan) rayonunun, hazırda isə Armavir vilayətinin mərkəzidir.

Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra azərbaycanlı əhali kəndi tədricən tərk etmişdir.

Toponim “qurd” türk etnonimi ilə Qulu şəxs adı əsasında əmələ gəlib “qurd tayfasından olan Qulunun saldığı, inşa etdiyi kənd” mənasını ifadə edir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 yanvar 1935-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Armavir” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Armavir vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°05′ şm. e., 44°02′ ş. u.