Qurdtəpə

Qurdtəpə – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Ağin (Ani) rayonunda, hazırda isə Şirak vilayəti ərazisində dağ. Buğdaşen (Baqravan) kəndinin ərazisində yerləşir.

Toponim “qurd” heyvan adına Azərbaycan dilində “kiçik dağ” mənasında işlənən “təpə” sözünün birləşməsindən əmələ gəlmişdir.