Qurdqala

Qurdqala – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Vorontsovka (Kalinino) rayonunda, hazırda isə Lori vilayətində kənd. Kalinino yaşayış məntəqəsindən 11 km məsafədə yerləşir. Əvvəllər keçmiş Cəlaloğlu (Stepanavan) rayonunun tərkibində olmuşdur.

Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, XIX əsrin əvvəllərində rus ordusunun hərbi hissəsinin ailəli zabitlərinin kənddə yerləşdirilməsindəmn sonra yerli əhali tədricən kəndi tərk etmişdir.

Toponim türk mənşəli “qurd” etnoniminə “qala” sözünün birləşməsindən əmələ gəlib “qurd tayfasına mənsub qala yanında salınan kənd” mənasını bildirir.

Kəndin adı XIX əsrin 60-cı illərində dəyişdirilərək “Petrovka” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Lori vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 41°09′ şm. e., 44°19′ ş. u.